İmişlidə camışı vuran maşın aşdı:Sürücü və bir sərnişin öldü

İmişli rayonunun Şahverdili kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 14-də saat 21 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində rayon sakini Nizami Həsənov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində olan camışı vurmuş və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri olan həmyerlisi Məhəmməd İsayev və digər şəxs xəstəxanaya yerləşdirilib, M.İsayev orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycana çatıblar

Sonrakı məqalə

Azərbaycanlı professor qəfildən öldü