“Ölkəyə gələn immiqrantlar üçün Almaniya vətəndaşlığının alınması qaydaları sadələşdirilməlidir”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Naturalizasiya üçün (ərizəçinin könüllü istəyi əsasında vətəndaşlıq əldə etməyin hüquqi prosesi) daha yaxşı qaydalara ehtiyac var”, – Şolts bildirib.
Kansler qeyd edib ki, ölkə iqtisadiyyatının güclənməsində son illərdə Almaniyaya gələn qadın və kişilər mühüm rol oynayıblar.
Azpost.info