İmran Xan Nazirlər Kabinetini istefaya göndərdi

Pakistanın baş naziri İmran Xan Nazirlər Kabinetini istefaya göndərib. 

Azpost.info bildirir ki, bu barədə İnformasiya və yayım üzrə dövlət naziri Fərrux Həbib bildirib.

“Baş nazir Konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək.  Nazirlər Kabineti buraxılıb”, – deyə nazir Twitter-də yazıb.

Qeyd edək ki, bazar günü  İmran Xan  parlamenti buraxmaq üçün prezidentə müraciət edib.

Parlamentin bugünkü iclasına sədrlik edən Milli Assambleyanın vitse-spikeri Qasim Surinin baş nazir İmran Xana etimadsızlıq səsverməsini rədd edərək bunu konstitusiyanın 5-ci maddəsinə zidd adlandırıb.

Əvvəlki məqalə

TƏBİB sədri Bakıda baş vermiş partlayışla bağlı açıqlama verib

Sonrakı məqalə

Bakıdakı gecə klubunun partlayışdan sonrakı vəziyyəti – VİDEO