Sabiq Baş nazir İmran Xanın həbsindən sonra Pakistan müxalifəti vətəndaşları kütləvi etiraz aksiyalarına çağırıb.
Azpost.info bildirir ki, bu barədə “Təhrike-i-İnsaf” Partiyasının sosial şəbəkədə rəsmi səhifəsində çağırış edilib.
“Pakistan xalqı, bizim zamanımız gəldi. Xan həmişə sizin arxanızda dururdu, indi onu müdafiə etmək zamandır”-deyə açıqlamada bildirilir.
Pakistanın iri şəhərlərində kütləvi aksiyalar başlanıb.
Nümayişçilər İslamabad, Peşavər, Hripur, Abottabad, Feysəlabad, Lahorda və ölkənin digər şəhərində küçələrə çıxıb.
Məlumatda deyilir ki, KİV-ləri aksiyaları işıqlandırmağa imkan verilmir, nümayişçilərin dağıdılması üçün güc tətbiq olunur.