İmran Xanın həbsi Pakistanda kütləvi etirazlara səbəb olub- Hökümət ölkə boyu interneti kəsib

Korrupsiya ittihamı üzrə saxlanılan Pakistanın keçmiş Baş naziri İmran Xanın həbsi  ölkə daxilində kütləvi etirazlara səbəb olub.

Azpost.info xəbər verir ki, istintaq İmran Xanın 14 gün müddətinə həbs edilməsini istəsə də, məhkəmə 8 günlük həbsə qərar verib.

Ölkənin müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarında 1000-dən çox insan saxlanılıb. Etirazlar zamanı 4 nəfərin öldüyü, onlarla insanın yaralandığını bildirilir. Peşəvərdə etirazçılar Pakistanın dövlət mediasının binalarına, Lahorda isə polis idarəsinə hücum ediblər. Onlar İmran Xanla görüş tələb edirlər.

Ölkənin hakimiyyət orqanları internetin işini qeyri-müəyyən müddətə dayandırıb. Qərar Pakistan Daxili İşlər Nazirliyinin əmri ilə qəbul edilib. Ölkədə həmçinin “Tviter”, “Facebook”, “Instagram” və “YouTube”a giriş məhdudlaşdırılıb.

Azpost.info

Əvvəlki məqalə

Bakı, Sumqayıt, Abşeronda may ayının pensiyaları ödənilib

Sonrakı məqalə

Prezident və ailə üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər