“Gələn həftəyə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb, digər regional məktəblər, rayonlarda imtahan keçirilməsinə şərait yaradılıb. Bununla bağlı hökumətin razılığını almışıq”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu gündən iyunun 24-25-də keçiriləcək imtahanlar üçün buraxılış vərəqəsini çap etmək mümkündür: “Bunlar 4 növ imtahanlardır. Hər bir rayona aid imtahanlar DİM-in saytına yerləşdirilib. Binaların imtahana hazırlanmasında təhsil işçilərinin çox böyük rolu olub. Bizə yerli icra hakimiyyəti orqanları da köməklik göstərirlər. Biz maska ilə gəlməyi tələb edirik, indiki zamanda hər bir insan özünü də qorumalıdır, ətrafdakı insanların da. Bu vəziyyət təkcə virusun amansız olmasına deyil, həm də bəzi vətəndaşların qayda-qanuna əməl etməməsinə görə yaranıb. Həyat tərzimiz dəyişməlidir, maska taxmaq, sosial məsafə saxlamaq həyat tərzimiz olmalıdır”.