“İndi əks-hücuma keçsək, çox insan itirəcəyik”- ZELENSKİ

“Ukrayna hələ əks-hücum üçün hazır deyil, bir az gözləmək lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, döyüş briqadaları hazırdır, lakin ordunun hələ də müəyyən şeylərə, o cümlədən zirehli texnikaya ehtiyacı var.

“Mövcud resurslarla biz irəli gedə bilərik və düşünürəm ki, uğur qazanarıq. Amma biz çox insan itirəcəyik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Ona görə də gözləmək lazımdır. Hələ bir az daha vaxta ehtiyacımız var”, – Zelenski bildirib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib