“Avropa İttifaqı hazırda enerji baxımından mülayim keçən qışdan faydalanır”.
Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mətbuat konfransı zamanı bildirib.
Bununla belə, Komissiya sədri gələn ilin fərqli ola biləcəyini və Avropa İttifaqının indidən gələn qış üçün hazırlıqlara başladığını deyib.
Qeyd edək ki, “Copernicus Europe” iqlim xidməti qışın anomal isti olacağını proqnozlaşdırıb. Alimlərin fikrincə, Baltik, Aralıq və Şimal dənizlərinin sahilyanı rayonlarında orta səviyyədən yüksək temperatur qeydə alınacaq. Belə hava hazırkı enerji böhranı şəraitində bahalaşan təbii qaza tələbatı zəiflədir və Avropa ölkələrinin yanacaq qıtlığının qarşısını almağa kömək edir.
Azpost.info