İndira Hacıyeva Gənclər və idman nazirinin müavini təyin olunub –FOTO /TƏRCÜMEYİ-HAL

Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli digər sərəncamı ilə İndira Niyazi qızı Hacıyeva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.

İ.Hacıyeva 1982-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun riyaziyyat və fizika fakulətisini bitirib.

Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.
2000 – 2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 01.09.2001-24.10.2003-ü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi,   24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

27.02.2006- 19.09.2007-ci il müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi,  01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub. 01.01.2012-ci il tarixdən isə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli 1311 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 2131 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə ” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İntiqam Babayev nazir müavini vəzifəsindən azad edilib –

Sonrakı məqalə

Bolqarıstanlı məşqçi Gənclər və idman nazirinin müavini təyin olundu –