İndoneziyada olan Lavrov xəstəxanaya yerləşdirilib?- AÇIQLAMA (FOTO+VİDEO)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəstəxanaya yerləşdirildiyi ilə bağlı xəbərləri şərh edib.

Azpost.info xəbər verir ki, XİN rəhbəri qərbli jurnalistlərə dürüst olmağı tövsiyə edib.

“Qərb jurnalistlərinə arzu edirəm ki, daha dürüst olsunlar, daha tez-tez həqiqəti yazsınlar və Rusiya ilə bağlı xəbərlərində yalnız bir baxış bucağı ilə məhdudlaşmasınlar”, – Lavrov deyib.

Onun sözlərinə görə, bu, siyasətdə yeni olmayan bir oyundur. Nazir qeyd edib ki, xarici mətbuat 10 ildir Rusiya prezidenti haqqında onun guya xəstələndiyini yazır.

Lavrov həmçinin xarici siyasət kursunu dəstəklədikləri üçün Rusiya vətəndaşlarına təşəkkür edib. O qeyd edib ki, diplomatlar öz imkanları daxilində bunu həyata keçirməyə çalışırlar.

Rusiya XİN rəhbəri hazırda noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitinə hazırlaşır. O, noyabrın 13-də İndoneziyaya uçub.

Azpost.info

Əvvəlki məqalə

“Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar gedir”

Sonrakı məqalə

“Biz təkcə vəd vermirik, həm də real olaraq qayıdırıq!”