Conson Rusiyanı britaniyalı əsirlərlə mərhəmətli davranmağa çağırıb
Britaniyanın baş naziri Boris Conson Rusiya hökumətini Mariupoldakı britaniyalı əsirlərlə mərhəmətli davranmağa çağırıb.
Azpost.info xəbər verir ki, Britaniyanın baş naziri bu açıqlamanı İcmalar Palatasının deputatları qarşısında çıxışı zamanı səsləndirib.
Lakin Conson əsirlərin mümkün mübadiləsindən danışmayıb: “Biz sizi məhbuslarla mərhəmətli rəftara çağırırıq”.
Conson bildirib ki, britaniyalı əsirlər muzdlular deyil, Ukrayna Silahlı Qüvvələrinin üzvləridir. Eyni zamanda o, vurğulayıb ki, hökumət britaniyalıların hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya göndərilməsinə qarşıdır.
Azpost.info