“İnsanlar öz rifahını cibindəki pulun miqdarı ilə müəyyən edir”- PUTİN hökumətə tapşırıqlar verdi

“Ölkə vətəndaşları öz rifahını statistik hesablamalarla deyil, cibindəki pulun miqdarı ilə müəyyən edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə deyib.

“Hökumət  müsbət nəticələr əldə edə bilib. 2022-ci ilin üçüncü rübündə yoxsulluğun səviyyəsi ötən illə müqayisədə bir qədər azalıb, əhalinin nominal gəlirləri artıb. Biz statistikanın verdiyi rəqəmləri rəhbər tutmalıyıq. Lakin birincisi, statistik qeydlərin özünü təkmilləşdirmək lazımdır, ikincisi, insanlar öz rifahını statistika ilə deyil, ciblərindəki pulun miqdarı ilə müəyyən edirlər”, – Putin bildirib.

Rusiya prezidenti hökumət qarşısında əhalinin gəlirlərinin real artımına nail olmaq vəzifəsini qoyub: “2022-ci ildə Rusiyada əmək haqqının artırılması üçün şərait yaratmaq, monosənaye şəhərlərində məşğulluğun stimullaşdırılması problemini həll etmək, həmçinin inflyasiyanın qarşısını almaq və insanları qiymət artımından qorumaq üçün hər şeyi etmək lazımdır”.

Putin qeyd edib ki, ölkədə uzunmüddətli iqtisadi artım üçün bütün resurslar var.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Moskvada Lavrovla görüşəcək

Sonrakı məqalə

“Kommunal xidmətlərə qoşulma” üzrə Yol Xəritəsinin təqdimatı keçirilib