Yer üzündə məskən salan insanlar ancaq Asqardın sayəsində sağ qalıb. Alimlərin yeni araşdırması nəticəsində aşkar edilib ki, yer sakinlərinin xilasına səbəb olan ən sadə əcdadlarımızın immuniteti adamları məhv olmaqdan qoruyub.
Azpost.info bildirir ki, tədqiqatçıların fikrincə, məhz 2024-cü ildə kəşf edilmiş və elm aləminə yeni məlum olan, həm də tarixi çox qədim dövrlərə gedib çıxan bu mikroorqanizmlər insanların immunitet sisteminin açarı ola bilər.
“Nature Communications” jurnalında çap olunan elmi məqalədə deyilir: “Hüceyrə
nüvəsi olan bütün canlıların (eukariotlar) malik olduğu müdafiə sistemləri, həm də bəşər övladını mühafizə edən bu faktor bizə ümumi “mikrob əcdadlarından”, yəni milyardlarla il əvvəl Asqard arxeyasından miras qalmışdır. Yeni araşdırmalara görə, bu təkhüceyrəli orqanizmlər fitri olaraq immun sistemimizin iki əsas elementinin əcdadıdır. Təsadüfi deyil ki, elm adamları “Asgardarchaeota”-da sayı 2610 olan və qoruyucu missiyasını yerinə yetirən zülal təsvir ediblər. Onların arasında Viperinlər və Arqonavtlar da var. Gürzələr isə xarici DNT-ni aşkarlayır və onu elə redaktə edə bilər ki, hüceyrələr surət çıxara bilməsin. Beləliklə də Arqonavtlar təhlükə yarada bilən virusun yayılmasının qarşısını alan DNT-ni məhv edir. Hətta daha mürəkkəb orqanizmlərdə arqonavtlar virusun zülal əmələ gəlməsini də dayandıra bilər. Belə ki, bu iki zülal kompleks şəklindəki həm də canlı orqanizmlərin immun sistemində çox mühüm rol oynayır. Sadə dildə desək, həyat davam edir, insanlar təhlükələrdən qurtulur. Tədqiqatçıların fikrincə, həmin zülalların bəzi versiyaları bakteriyalarda mövcuddur, lakin arxeylər eukaryotiklərə daha çox yaxındır.”.
“Bu, Asqardların bizim mikrob əcdadımız olduğuna dair daha çox sübut verir. Yəni, eukariotlar Asqarddan sadəcə struktur zülallarını deyil, həmçinin bəzi müdafiə sistemlərini də mənimsəyiblər” – deyə bu çətin və məsuliyyətli tədqiqata rəhbərlik edən, eləcə də Ostin şəhərində yerləşən Texas Universitetinin inteqrativ biologiya və dəniz elminin dosenti kimi çalışan alim Brett Beyker bildirib.
Beyker birlikdə çalışdığı tədqiqatçıların və həmkarlarının söylədikləri ilə həmfikir olduğunu qeyd edərək bildirib ki, əslində filogenetik analiz eukaryotik gürzələrin bu arxeal Asqard gürzələrindən təkamül etdiyini göstərir. Alim deyib ki, Arqonavt zülalları həm eukariotlar, həm də həmin bakteriyalar tərəfindən bu arxeyalardan miras qalıb. “Beləliklə də indiki insanların yaşamasının əsas səbəbi kimi hamımız bu gün anadangəlmə immun sistemimizdəki elementlərə görə çox təşəkkür etməliyik, çünki həyat üçün bu protozoalarımız var. Nəhayət elmə məlum oldu ki, bizi, bəşər övladını qoruyan Asqard immun sistemi olub.” – deyə Brett Beyker bildirib.
Oqtay Qorçu