Fransa prezidenti Emmanuel Makron 2023-cü ilin iyununda Parisdə iqlim dəyişikliyi sammitini keçirməyi planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə “Franceinfo” məlumat yayıb.
Portalın məlumatına görə, sammitin əsas vəzifəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin 28-ci konfransı ərəfəsində ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək edəcək yeni maliyyələşdirmə mexanizmlərinin tapılmasıdır.
Konfrans 2023-cü ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.
Azpost.info