İqlim sammiti Parisdə keçiriləcək- Bu tarixdə

Fransa prezidenti Emmanuel Makron 2023-cü ilin iyununda Parisdə iqlim dəyişikliyi sammitini keçirməyi planlaşdırır.

Azpost.info xəbər verir ki,  bu barədə “Franceinfo” məlumat yayıb.

Portalın məlumatına görə, sammitin əsas vəzifəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin 28-ci konfransı ərəfəsində ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək edəcək yeni maliyyələşdirmə mexanizmlərinin tapılmasıdır.

Konfrans 2023-cü ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.

Azpost.info

Əvvəlki məqalə

Hikmət Hacıyev və İsrail XİN-in baş direktoru telefonla danışıb

Sonrakı məqalə

Avstriya Şengen zonasının genişləndirilməsinə qarşı çıxıb