Rusiyanın dövlət başçısı Vladimir Putin yaxın vaxtlarda Çin Prezidenti Si Cinpinlə görüşəcəyini bildirib.
Bu barədə Putin məktəblilərlə görüşündə deyib: “O, məni dostum adlandırır. Mən onu dostum adlandırmaqdan məmnunam. Çünki o, Rusiya-Çin münasibətlərinin inkişafı üçün çox işlər görüb”.
Putinin sözlərinə görə, iqtisadi və siyasi həyatın mərkəzi tədricən Asiyaya keçəcək: “Bu, obyektiv prosesdir”.
Kreml rəhbəri Çin və digər şərq dillərinin öyrənilməsinin rus məktəbi kurikuluma daxil edilməsi təklifini də dəstəkləyib.
Azpost.info