“ Ermənistan və Azərbaycanın beynəlxalq sərhədlərinin monitorinqi üçün Avropa İttifaqı müşahidəçilərinin sayı kifayət deyil”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, Yerevan Aİ-nin Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edir.
“Biz bütün həmkarlarımıza həm müşahidəçilərin sayını, həm də missiyanın digər imkanlarını artırmağı təklif edirik. Bu təklif onun üçündür ki, müşahidəçilər Ermənistan və Azərbaycan sərhədində monitorinqi daha lazımi səviyyədə apara bilsinlər”, – A.Qriqoryan qeyd edib.
Azpost.info