“İrəvan Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə uyğun vaxtda cavab verəcək”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağda vəziyyət ağır olaraq qalır: “Humanitar vəziyyət son dərəcə ağırdır. Bir gün əvvəl Əsgərandan daxil olan humanitar yük daşıyan bir rus yük maşını vəziyyətə heç bir nəzərəçarpan təsir göstərə bilməz”.
Paşinyan bir daha bəyan edib ki, regionda sülhə alternativ yoxdur. Onun sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir.
Ermənistan Xarici İşlər Nazirliyi sentyabrın 13-də sülh sazişinin mətninə düzəlişlərin beşinci paketini Bakıya təqdim etdiyini və bir gün əvvəl Azərbaycan tərəfdən yeni təkliflər aldığını bildirib. Xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, bir sıra məsələlərdə tərəflər arasında fikir ayrılıqları var. O əlavə edib ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında yeni danışıqlara dair hələlik konkret razılaşma yoxdur.
Azpost.info