İrəvanda etirazçılar mərkəzi prospekti bağlayıblar- Paşinyanın istefasını tələb edirlər

İrəvanda hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə paytaxtın mərkəzi prospektini bağlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə deputat Areqnaz Manukyan bildirib.

Bu yol İrəvanın mərkəzini ucqar rayonlarla, eləcə də Gürcüstana gedən dövlətlərarası avtomobil yolu ilə birləşdirir.

Etirazçılar şəhərin digər küçələrində də nəqliyyatın hərəkətinə mane olurlar.

“Ana Ermənistan” müxalifət blokunun nümayəndələrinin sözlərinə görə, sədrləri Andranik Tevanyan etiraz aksiyası zamanı saxlanılıb. Ona qarşı hər hansı ittihamın olub-olmadığı məlum deyil.

O da məlum olub ki, sentyabrın 21-də İrəvanda hökumət əleyhinə etiraz aksiyalarının 46 iştirakçısı saxlanılıb.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna və ABŞ birgə müdafiə ekosistemi yaradacaq

Sonrakı məqalə

“Qarabağdakı soydaşlarımız üçün 40 min yer hazırlamışıq”