İrəvanda hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı 4 nəfər xəsarət alıb.
Azpost.info xəbər verir ki, bu barədə İrəvan Dövlət Universitetinin nümayəndəsi Şuşan Danielyan məlumat verib. Danielyanın sözlərinə görə, zərərçəkənlər universitet xəstəxanasına aparılıb: “Onların vəziyyəti stabil qiymətləndirilir. Hazırda onların həyatı təhlükədə deyil”.
Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etirazların başlamasından bir ay ötür.
Azpost.info