İrəvanda müxalifətin mitinqi başladı –Koçaryanın müğənni gəlini mahnı oxudu

İrəvanın “Fransa” meydanında müxalifətin növbəti mitinqi başlayıb.

“SputnikArmenia” xəbər verir ki, mitinqə sabiq prezident Robert Koçaryanın gəlini, müğənni Siruşo da qatılıb.

O, nümayişçilərlə birgə mahnılar oxuyub.

Qeyd edək ki, ötən gün və bu gün səhər də Ermənistanın paytaxtında aksiyalar təşkil olunub. Polis nümayişçilərə qarşı güc tətbiq edib. 250 nəfərin saxlanıldığı bildirilir.

Əvvəlki məqalə

Visa və Mastercard ruslara bank kartları verən Azərbaycan şirkətini bloklayıb

Sonrakı məqalə

Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə müzakirə aparıb