İrəvanda Qafqazdakı ABŞ səfirlərinin regional toplantısı keçiriləcək –Kimlər qatılacaq? (ADLAR)

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.
“İrəvanda olarkən Katib müavininin köməkçisi xanım Olson 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, həmçinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Andryu Schofer və USAID Administrator müavininin köməkçisi Aleksandr Sokolovski ilə birlikdə Missiya Rəhbərlərinin regional toplantısında iştirak edəcək“-deyə məlumatda vurğulanır.
ABŞ səfirliyi bildirir ki, bu çoxdankı ənənəni bərpa etməkdən və regiondakı hər üç ölkə ilə bağlı siyasətimizi daha yaxşı əlaqələndirmək məqsədi ilə fikir və məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarlarımızla bir araya gəlməkdən məmnundur.
2019-cu və 2018-ci illərdə ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri regional missiya rəhbərlərinin görüşlərinə ev sahibliyi ediblər.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İmişlidə 11 yaşlı qızı zorlamaqda təqsirli bilinən atalığı həbs olunub –

Sonrakı məqalə

Özlərini QHT rəhbəri kimi təqdim edərək ordu üçün pul yığan şəxslər tutulub