“İran ABŞ yığmasının dünya çempionatından kənarlaşdırılmasını tələb edib”- “The Guardian”

İran Futbol Federasiyası ABŞ yığmasının 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırılmasını tələb edib.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Tehran narazılıq edir ki, ABŞ millisiin mətbuat xidməti sosial şəbəkələrdə üzərində İslam Respublikasının gerbi olmayan İran bayrağının şəklini yayıb. Bu bayraqdan etirazçılar və İran müxalifəti istifadə edir.

Federasiya bununla bağlı FİFA-nın etika komitəsinə şikayət göndərib. İran nümayəndələri bildiriblər ki, ABŞ komandası on oyunluq cəzalandırılmalıdır.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna qalib gələcək!”

Sonrakı məqalə

Azərbaycanda 13 nəfər COVID-19-a yoluxub