İran hökuməti koronavirusa görə möminlərə çağırış etdi

21 Fevral 2020 - 13:11

İranın Səhiyyə Nazirliyi möminləri Qum və Ərəkdəki müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

“Report” İran KİV-nə istinadən xəbər verir ki, bu qərar ötən gün koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş üç halla bağlıdır. Belə ki, yoluxanların hər 3-ü İran vətəndaşıdır və xəstəxanalarda müalicə olunur.

Bununla yanaşı, Qum şəhərində tələbə və turist düşərgələri, konfrans, seminar və digər tədbirləri keçirməyi də təxirə salmaq tövsiyə olunur.