İran İraqın Kürdüstan əyalətinə raket zərbəsi endirib –Ölənlər var

İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti raket zərbəsi endirib.

Bu barədə yerli mənbələrə istinadən INA agentliyi məlumat yayıb.

Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına endirilib.

Bildirilib ki, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verib.

“Shafaq News” portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub.

Bir neçə nəfər atışma nəticəsində ölüb.

ABŞ-ın Ərbildəki konsulluğu raket hücumuna görə həyəcan siqnalı verib.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Bakıda ana azyaşlı uşağı ilə birlikdə itkin düşüb