İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Rusiyaya səfər edib.
Azpost.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Şamxani Rusiyada keçirilən Əfqanıstanda Təhlükəsizlik Dialoqu toplantısında iştirak edəcək
İclasda Əfqanıstanla qonşu olan ölkələrin milli təhlükəsizlik təşkilatlarının katibləri, müşavirləri və nümayəndələri iştirak edəcəklər. Onlar siyasi və iqtisadi inkişaf məsələlərini, həmçinin Əfqanıstanda təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər. Toplantı çərçivəsində ikitərəfli təmasların da olacağı gözlənilir.
Azpost.info