İran prezidenti SEPAH komandirinin qisasını alacaqlarına söz verdi

İran hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qətlə yetirilən polkovniki Həsən Sayad Xodayarinin qisasını alacaq.

Azpost.info xəbər verir ki, TASS bu barədə İran prezidenti İbrahim Rəisiyə istinadən məlumat yayıb.

“Polkovnik Sayad Xodayarinin şəhadəti ilə bağlı başsağlığı verirəm. Təhlükəsizlik qüvvələri ciddi araşdırma aparacaq və şübhəsiz ki, biz bu qəhrəmana görə cinayətkarlardan qisas alacağıq”, – Rəisi söz verib.

SEPAH komandirlərindən olan Xudayari mayın 22-də qətlə yetirilib. O, Tehranda evinin qarşısında hücuma məruz qalıb. Motosikletli şəxslər beş dəfə atəş açaraq hadisə yerindən qaçıblar. SEPAH baş verənləri terror aktı adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Afrika İttifaqı Kiyev və Moskvanı barışdırmağa çalışacaq

Sonrakı məqalə

Müxalifətçilər İrəvan metrosunda hərəkəti dayandırıb