“İran Ukraynaya hərbi müdaxiləsindən bəri Rusiyanın ən böyük hərbi dəstəkçilərindən birinə çevrilib”.
Azpost.info bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin şənbə günü Twitter-də yerləşdirdiyi gündəlik kəşfiyyat hesabatında açıqlanıb.
Nazirlik bildirib ki, İranın Rusiyaya dəstəyinin artacağı ehtimalı yüksəkdir, çünki Rusiya daha çox silah, o cümlədən yüzlərlə balistik raket əldə etməyə çalışır. Bunun əvəzində Rusiya çox böyük ehtimalla İrana misli-görünməmiş hərbi və texniki dəstək təklif edir ki, bu da onların münasibətlərini dəyişir.
“Rusiya çox güman ki, 500 kiloqramlıq döyüş başlığını 500 km-ə qədər daşıyan SS-26 Iskander qısa mənzilli ballistik raketlərinin ehtiyatının böyük bir hissəsini istifadə edib” – nazirlik bildirib. “Əgər Rusiya İranın çoxlu sayda ballistik raketlərini istismara verə bilsə, çox güman ki, onlardan Ukraynanın kritik milli infrastrukturuna zərbələr kampaniyasını davam etdirmək və genişləndirmək üçün istifadə edəcək”.”
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, Vaşinqton İranla Rusiya arasında “dərinləşən və inkişaf etməkdə olan müdafiə tərəfdaşlığı”ndan dərindən narahatdır və Birləşmiş Ştatlar bu əlaqələri pozmaq üçün öz alətlərindən istifadə edəcək.
O bildirib ki, ABŞ hökuməti həmçinin tərəfdaş ölkələri Rusiya-İran tərəfdaşlığını müzakirə etməyə çağıracaq.