“İran Ukrayna ilə bağlı Ciddə danışıqlarını dəstəkləyir”- Nasser KƏNANİ

İran Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqları dəstəkləyir.

Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib.

O, Səudiyyə Ərəbistanının Ukrayna ilə bağlı sülh təşəbbüsünü dəstəklədiyini deyib.

Söhbət münaqişənin siyasi həllinə yönəlmiş danışıqların aparılmasından gedir. Danışıqların avqustun 5-6-da Ciddədə keçirilməsi planlaşdırılır.

“Biz Ukrayna böhranının siyasi həllinə nail olmağa imkan verəcək istənilən hərəkət və təşəbbüsləri alqışlayırıq”, – Kənani qeyd edib.

30-yaxın ölkənin iştirak edəcəyi görüşə Rusiya dəvət olunmayıb.

Azpost.info

Əvvəlki məqalə

Qırğız dilini bilməyən dövlət qulluqçuları işdən qovulacaq

Sonrakı məqalə

Tibbi avadanlıqlara dair yeni dövlət standartı qəbul edilib