“İran Ukraynada Rusiyanın apardığı müharibəyə qarşıdır”.
Azpost.info xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının iclasında bildirib.
“Ukraynada müharibənin əleyhinəyik. Biz dəfələrlə bəyan etmişik ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün vasitəçi kimi çıxış etməyə hazırıq”, – Rəisi deyib.
Eyni zamanda o, ABŞ-ı Ukraynaya hərbi yardım göstərməkdə, münaqişədə sabitliyi pozan rol oynamaqda ittiham edib: “Niyə hərbi əməliyyatların dayandırılması və sülhün təşviq edilməsindənsə, hərbi texnikanın tədarükü və bu təchizat və satışlardan dollar gəlir əldə etmək üçün belə tələskənlik var?” – Rəisi qeyd edib.
Azpost.info