Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqerinin iştirakı ilə yeni raket və pilotsuz uçan aparatlar (PUA) təqdim olunub.
General hərbi bazaya gələrək yeni “Heydər-1” raketi, “Fatras” və “Kaman-22” PUA-lar ilə tanış olub. Qeyd edilib ki, “Heydər-1” raketi 200 kilometr uzaqlıqdakı hədəfləri dəqiq vurmaq imkanına malikdir.
Yeni PUA-lar isə raket daşımaq üçün nəzərdə tutulub. Döyüş zamanı raketlə təchiz olunan “Fatras” və “Kaman-22” PUA-ları 1000 kilometrlik məsafədəki hədəfləri məhv edə bilər.
General Məhəmməd Baqeri nəzərə çatdırıb ki, İran regionda heç bir zaman müharibə olmasını istəmir. İranın yeni silahları yalnız müdafiə xarakterlidir.