İrana bağlı silahlı qruplaşma ABŞ-ın hərbi bazasını raketlə vurub

ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib.

Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Raketlərdən biri yanacaq dolu çən olan vertolyot meydançasına düşüb və yanğın başlayıb.

ABŞ hərbçiləri arasında ölən və yaralılar olub-olması barədə məlumat açıqlanmayıb.

Əl-Omar neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasında həyəcan elan olunub. Koniko qaz sahəsi yaxınlığında yerləşən ABŞ bazasında da yüksək döyüş hazırlığı elan edilib.

Telekanal ABŞ bazasına Deyr-ez-Zorda Suriya Ordusu tərəfdən döyüşən iranyönümlü şiə qruplaşması tərəfindən zərbə endirildiyi barədə xəbər yayıb. Raket zərbəsindən əvvəl baza üzərində kəşfiyyat uçuşu aparan pilotsuz aparat vurulub.

Qeyd edək ki, yanvarın 29-da İraqın Bu-Kemal rayonunda naməlum pilotsuz uçuş aparatı İran silahları və neft məhsulları daşıyan karvana hücum edib. Nəticədə onlarla iranyönümlü şiə döyüşçüsü və 6 neft daşıyan maşın məhv edilib.

Əvvəlki məqalə

Oğlu anasını doğrayaraq tikə-tikə etdi –

Sonrakı məqalə

Lənkəranda oğru 70 yaşlı qadını öldürdü, 5 min manat pulunu oğurladı