İranda 2200-dən çox məhsulun idxalına qadağa qoyuldu- Detallar

Mart ayından 2 224 ədəd məhsulun İrana idxalına qadağa tətbiq olunub.

Trend-in məlumatına görə, bunu İranın Ticarət İnkişafı Təşkilatının sədri Həmid Zadbum IRIB-ə açıqlamasında deyib.

H.Zadbumun sözlərinə görə, bu qadağalar həmin məhsulların ölkə daxilində istehsal olunmasına görə tətbiq olunub.

2 il öncə təxminən 1,4 min ədəd məhsulun İrana idxalına qadağa tətbiq olunmuşdu.

H.Zadbum bildirib ki, ötən 3 ildə orta hesabla məhsul idxalı 7% azalıb.

Qeyd edək ki, 2 ay ərzində (aprel-may) İran 2,64 milyard dollar dəyərində 9,17 milyon ton məhsul ixrac edib, 3,11 milyard dollar dəyərində 3,87 milyon ton məhsul isə idxal olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

VÜQAR SƏFƏRLİYƏ 4 MADDƏ İLƏ CİNAYƏT İŞİ AÇILDI

Sonrakı məqalə

Bu müəllimlərin sənədləri yeni qaydada yoxlanılacaq