İranda etirazçılar 4 polis əməkdaşını ağır yaralayıb, 1 nəfəri isə qətlə yetiriblər

Tehran yaxınlığında yerləşən Kərəc şəhərində kütləvi aksiyada iştirak edənlər polis maşınına hücum edərək 4 polis əməkdaşını ağır yaralayıb. 1 nəfər “Bəsic” üzvünü qətlə yetiriblər.

AZƏRTAC Mehr informasiya agentliyinə istinadla xəbər verir ki, aksiya iştirakçıları polislərin köşkünü yandırıblar. Etirazçılar köşkə daş və dəmir parçaları ataraq qapı və pəncərələri sındırdıqdan sonra od vurublar. Köşkdəki polislər hadisə yerindən qaçıblar.

Erirazçılar tərəfindən yaxalanan polis əməkdaşı bir neçə bıçaq zərbəsi alıb. Hadisə magistral yolun kənarında baş verdiyi üçün Tehran-Kərəc yolunda böyük tıxac yaranıb.

Ekbatan şəhərində də bir nəfər “Bəsic” üzvü qətlə yetirilib.

Hadisələlərlə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Əvvəlki məqalə

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Sonrakı məqalə

Naxçıvanın muxtariyyət statusunun ləğv olunacağı ilə bağlı iddialara münasibət bildirib