İranda hökumət əleyhinə çıxan 24 nümayişçini ölüm cəzası gözləyir- "Eternad"

İranda hökumət əleyhinə nümayişlərdə iştirak edən azı 24 nümayişçini ölüm cəzası gözləyir.

Azpost.info xəbər verir ki, bu gün İranın “Eternad” qəzeti ədliyyə orqanları tərəfindən tərtib edilmiş və “Allaha qarşı savaş aparmaq”da ittiham olunan 25 nümayişçinin siyahısını dərc edib. İslam qanunlarına görə, belə bir ittiham ölüm cəzasını ehtiva edir.

Siyahıda olan reper Möhsün Şekari dekabrın 8-də edam edilib. O, Bəsic yarımhərbi dəstəsinin üzvünə silahla hücum etmək, onlardan birini yaralamaqda ittiham olunub.

“Eternad” qəzeti İranın ədliyyə orqanlarını ölüm hökmlərini ləğv etməyə və növbəti edamların qarşısını almağa çağırıb.

Beynəlxalq ictimaiyyət Möhsün Şəkərinin edamını qətiyyətlə pisləyib. İran prezidenti İbrahim Rəisi isə onun edamını “ölkədəki iğtişaşlara qanuni cavab” adlandırıb.

Etirazçılar sosial şəbəkələrdə “intiqamımızı gözləyin” xəbərdarlığı ilə hakimiyyəti cavab tədbirləri ilə hədələyiblər. Bu həftənin sonunda xaricdə yaşayan iranlılar bir sıra etiraz aksiyaları keçirməyi planlaşdırıblar.

Azpost.info

Əvvəlki məqalə

Avstraliya Rusiya və İrana sanksiyalar tətbiq edib

Sonrakı məqalə

“Bu, qorxulu yuxu kimidir, baş verənlərə inana bilmirəm”