İranda ötәn sutka әrzindә koronavirusdan (COVID19) daha 48 nәfәrin ölmәsi ilә bu virusdan ölәnlәrin sayı 6 902 nәfәrә çatıb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.
K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә daha 2 102 nәfәrin koronavirusa yoluxmasının tәsdiqlәnmәsi ilә yoluxanların sayı 116 635 nәfәrә yüksәlib.
Virus daşıyıcılarından 2 727 nәfәrin vәziyyәti ağırdır.Nazirlik rәsmisi 91 836 nәfәrin sağaldığını deyib.
Ümumilikdə İranda indiyәdәk 638 mindәn çox diaqnoz testi hәyata keçirilib.