İranda koronavirusdan ölənlərin sayı 9 minə yaxınlaşıb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 113 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin ümumi sayı 8 950 nəfərə çatıb. Son sutka ərzində koronavirusa 2 449 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 189 876 nəfərə çatıb. İndiyədək xəstəlikdən 150 590 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 765 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çingiz Mustafayevin şəhid olmasından 28 il ötür

Sonrakı məqalə

Baş epidemioloq: