İranda may ayının 16-dan orta məktəblərdə dərslər başlayacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii deyib.
Onun sözlərinə görə, məktəbdə keçirilən dərslərdə şagirdlərin iştirakı məcburi olmayacaq.
“Məktəblər tibbi göstərişlərə əməl edilməsi şərti ilə açılır. Buraxılış imtahanlarında da bu qaydalara əməl olunması şərtdir”.
Ə. Rəbii Qədr gecələrində məscidlərdə məhdud şəkildə insanın iştirakı ilə mərasimlərin keçiriləcəyini, həmin mərasimlərin canlı olaraq televiziyada yayımlanacağını bildirib.