İranda yeni koronavirus nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

- Açıqlama
27 Fevral 2020 - 16:12

İranda indiyədək 26 nəfər yeni koronavirus (Covid 19) dünyasını dəyişib.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 7 dünyasını dəyişib. Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 245 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutkada daha 106 nəfər bu virusa yoluxub.

Nazirlik rəsmisi bildirib ki, Tehran vilayətində 38 nəfər, Gilan vilayətində 23 nəfər, Qum vilayətində 7 nəfər, Həmədan vilayətində 1 nəfər, İsfahan vilayətində 8 nəfər, Mazandaran vilayətində 7 nəfər, Ərdəbil vilayətində 5 nəfər, Əlborz vilayətində 3 nəfər, Rəzəvi Xorasanında 1 nəfər, Simnan vilayətində 3 nəfər, Kirmanşah vilayətində 2 nəfər, Lorestan vilayətində 3 nəfər, Kürdüstan vilayətində 1 nəfər, Yəzd vilayətində 1 nəfər, Qərbi Azərbaycan vilayətində 1 nəfər və Şərqi Azərbaycan vilayətində 2 nəfər yeni koronavirusa yoluxub.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 139 nəfərin yeni koronavirusa yoluxduğunu, 19 nəfərin dünyasını dəyişdiyini bildirmişdi.