İranda zəlzələ olub

- 4 bal gücündə
10 Mart 2020 - 12:20

İranın Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 06:23 dəqiqədə 10 km dərinlikdə qeyd alınıb.

Dağıntı və tələfat haqda məlumat verilməyib.

Xatırladaq ki, fevralın 23-də  Xoy şəhərində baş verən zəlzələdə 109 nəfər yaralanıb.