İrandan qayıdan 276 Azərbaycan vətəndaşı karantində saxlanacaq

- 14 gün
05 Mart 2020 - 12:42

“İrandan qayıdan 276 nəfər 14 gün ərzində karantin şəraitində saxlanılacaq. Onların hamısından laborator analiz alınıb”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva  deyib.

Onun sözlərinə görə, fevralın 29-u saat 16:00-dan sərhəddən keçmək istəyən vətəndaşlar Tehrandakı səfirlik və Təbrizdəki baş konsuluq vasitəsilə xüsusi dəhlizlə keçiblər. Onların bütün marşrutu tam planlaşdırılıb və bütün ehtiyac olan tədbirlər planlaşdırılıb.