İranla Türkiyə arasında uçuşlar bərpa olunacaq- Avqustun 1-dən

“Avqust ayının 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşların bərpa olunması planlaşdırılır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu İstanbulda səfərdə olan İranın Xarici İşlər naziri Cavad Zəriflə görüşündən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, daşınmaz əmlaklarla əlaqədar İran və Türkiyə arasında saziş imzalanıb. O, bu sazişin İran və Türkiyə xalqı arasında əməkdaşlığı daha da genişləndirəcəyinə ümid etdiyini bildirib.

Cavuşoğlu Türkiyənin İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaların əleyhinə olduğunu da qeyd edib: “Bölgədə olan qeyri-sabitlik, terrorizm regionda olan hər bir ölkənin problemidir. Bu gün tək bölgəmizin deyil, bütün dünyanın əməkdaşlığa, həmrəyliyə ehtiyacı var”.

Nazir bildirib ki, iranlı həmkarı ilə tək Suriya mövzusunda deyil, Liviya, Yəmən, Əfqanıstanla bağlı fikir mübadləsi də aparıb.

Cavad Zərif Türkiyənin hər zaman İran xalqının yanında olmasına təşəkkür edib: “Pandemiya mərhələsi onu göstərdi ki, dünyada bütün ölkələr həmrəy olmalıdır, biz hər zaman dialoq daxilində siyasətimizi yürütməliyik”.

İranlı nazir deyib ki, Suriyanın son vəziyyətini dəyərləndirmək üçün Tehranda Türkiyə və Rusiya ilə birgə toplantı təşkil olunacaq: “Bu mövzuda öncə videkonfrans formatında bir toplantı reallaşdrılacaq”.

Zərif onu da deyib ki, o, enerji və təbii qaz mövzusunda da türkiyəli həmkarı ilə danışıaqlar aparıb və iyun ayının sonunadək İranın təbii qazının Türkiyəyə axını bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rəşad Mahmudov:

Sonrakı məqalə

Daha bir ölkədə fövqəladə vəziyyət ləğv edildi