İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 2 türk əsgəri şəhid olub, üçü yaralanıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yaralı əsgərlər dərhal xəstəxanaya aparılıb, bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir. (APA)