İSESCO COVID-19 ilə mübarizə üçün mükafat təsis edib- 200 min dollar dəyərində

Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq birliyə xitabən “virusu nəzarətdə saxlamaq, dayandırmaq, onunla mübarizə aparmaq, yayılmasını əngəlləmək və təsirini azaltmaq üçün hər fürsətdən istifadə etmək” çağırışına cavab olaraq, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) COVID-19 ilə mübarizəyə dair mükafat elan edib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, mükafatın təsis edilməsində məqsəd bəşəriyyəti bürüyən qlobal sağlamlıq böhranı fonunda effektiv və davamlı həllər tapmaq üçün tibbi və elmi araşdırmaların stuimullaşdırılmasıdır.

Mükafat olaraq 200000 ABŞ dolları məbləğində mükafat məbləği və xüsusi medal nəzərdə tutulub.

Mükafatın Seçim Komitəsinə İSESCO-nun Baş direktoru, ixtisaslaşmış beynəlxalq təşkilatlardan 2 nümayəndə, aparıcı universitetlərdən və tanınmış tədqiqat mərkəzlərindən seçiləcək 4 elm xadimi daxildir. Seçim Komitəsinin Katibliyi Mərakeş Krallığının Rabat şəhərində, İSESCO-nun baş qərargahında yerləşir.

Mükafata namizədliyini təqdim etmək üçün COVID-19-a qarşı effektiv dərman vasitəsi və ya peyvənd tapdığını iddia edən müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsi Komitənin Katibliyinə aşağıdakılar daxil olmaqla tam müraciət göndərməlidir:

Mükafat Nominasiya Forması (www.icesco.org saytında mövcuddur);

Kəşf haqqında təfsilatlı hesabat faylı;

Müstəqil tədqiqatçı və ya tədqiqatçılar qrupunun tərcümeyi-halı (CV-lər). Tədqiqat müəssisəsi olduqda, aparıcı elmi mütəxəssisin CV-si;

Rəsmi səlahiyyətli orqanlar tərəfindən akkreditə olunmuş hüquqi şəxs tərəfindən patent qeydiyyatı;

İddianı dəstəkləyən bütün texniki sənədlər (nominasiyanı dəstəkləmək üçün 3 tövsiyə məktubu).

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

İSESKO 2020-ci ilin aprel ayının ortalarına qədər Mükafatla bağlı nominasiya qəbulunu, həmçinin Mükafata dair şərtləri və Mükafat Nominasiya Formasını elan edəcək. COVID-19-a qarşı effektiv bir dərman vasitəsi və ya peyvənd tapdığını bəyan edən müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsi bütün lazımi sənədləri Komitənin Katibliyinə göndərməlidir. Seçim Komitəsi daha sonra iddianın (sənədlərin) doğruluğunu araşdırmaq üçün bir araya gələcəkdir. Komitə milli səhiyyə orqanlarından, Ümumdünya Səhiyyə Təşkilatından və ya zəruri hesab etdiyi hər hansı bir qurumdan əlavə rəy və tövsiyə ala bilər. Seçim Komitəsi, yuxarıda göstərilənlərə əsaslanaraq, mükafatın müstəqil tədqiqatçı, tədqiqatçılar qrupu və ya tədqiqat müəssisəsinə verilməsi barədə qərar qəbul edəcək.  İSESKO-nun Baş direktoru Seçim Komitəsinin qərarı barədə qalibə məlumat verəcək.

Mükafatlandırma mərasimi mükafatın qalibi, Seçim Komitəsinin üzvləri və tərəfdaş təşkilatların iştirakı ilə İSESCO-nun Baş qərargahında təşkil ediləcək. Mərasimə bir sıra elm xadimləri və tədqiqatçılar da dəvət olunacaq. Mükafat üzrə nominasiyalarla bağlı suallar Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

E-mail: [email protected]

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əcnəbilərin vətəndaşlıq almaq prosedurunun sadələşdirilməsi

Sonrakı məqalə

“Çox istərdim ki, Milli Məclis nəhayət öz funksional fəaliyyət çərçivəsinə qayıtsın”