İspaniya “Leopard 2” tanklarını Ukraynaya təhvil verib- “Reuters”

İspaniya yenilənmiş “Leopard 2” tanklarının ilk partiyasını Ukraynaya təhvil verib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Göyərtəsində altı hərbi maşın olan gəmi aprelin 21-də Santander limanından yola düşüb. Tanklar Polşaya çatdırılmalı, sonra isə Ukraynaya yönləndirilməlidir.

İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib ki, Madrid Kiyevə 10 “Leopard 2A4” tankı göndərəcək, qalan dördü isə təmirdədir,

İspaniya həmçinin 40 tank heyəti üzvünə və 15 mexanikə təlim keçib.

Azpost.info

Əvvəlki məqalə

Qanunsuz silah gəzdirən 4 nəfər saxlanılıb

Sonrakı məqalə

DİN Xaçmazda itkin düşən iki qardaşla bağlı məlumat yaydı