İspaniya ruslara “qızıl” vizaların verilməsini dayandırdı

İspaniya ruslara “qızıl” vizaların verilməsini dayandırıb.

Azpost.info xəbər verir ki, bunu İspaniya Xarici İşlər Nazirliyindən bildiriblər. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Rusiya vətəndaşlarına bu vizaların verilməsini dayandırmaq barədə göstəriş verib.

Bu qərar Avropa İttifaqının Ukraynadakı vəziyyətlə əlaqədar sanksiyaları fonunda qəbul edilib. Qeyd edək ki, “qızıl” vizalar iri sərmayələr müqabilində yaşayış icazəsinin verilməsini nəzərdə tutur.

Təkcə 2021-ci ildə Rusiya vətəndaşları İspaniyada 159 mülk alıblar.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynanı işğal etmək məqsədimiz yoxdur” –

Sonrakı məqalə

Putin və Paşinyan Qarabağda vəziyyəti müzakirə edib