İspaniyada kriptoaslılıqdan qurtulmaq üçün mərkəz açılıb– Müalicə 75 min dollara başa gəlir

İspaniyada “The Balance” elit reabilitasiya mərkəzi kriptovalyuta ticarətinə aludəçilikdən xilas olmaq üçün proqram təklif edir.

Azpost.info xəbər verir ki, müalicə kursu qumar oyunlarına alüdüçiliklə mübarizənin ənənəvi üsullarına əsaslanır.

Müalicə proqramına terapiya, masaj, yoqa və gəzinti daxildir. Kursun müddəti dörd həftəyə qədərdir və dəyəri 75 min dollardır.

Müxtəlif tibb müəssisələrinə son iki ildə getdikcə daha çox müvafiq müraciətlər daxil olub, bunun nəticəsində kriptovalyutadan asılılıq üçün daha çox reabilitasiya xidmətləri təklif edilib.

Mütəxəssislər vurğulayırlar ki, qumar və kriptovalyuta ticarətinə aludəçilik çox oxşardır və onların müalicə üsulları demək olar ki, fərqlənmir.

Azpost.info

Əvvəlki məqalə

XİN rəsmisi İranda səfirliyimizə terror hucumunun detallarını açıqladı

Sonrakı məqalə

Türkiyə parlamenti fəaliyyətini dayandırdı