İsrail, Almaniya və Polşa prezidentləri Varşavada görüşüblər

İsrail Prezidenti İsxak Hersoq, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Polşa lideri Anjey Duda bir araya gəlib.

Bu barədə TASS məlumat yayıb.

Liderlər Varşavada Qetto üsyanının 80-ci ildönüm ilə bağlı keçirilən tədbirdə bir araya gəliblər.

Varşava Qettosu müharibədən əziyyət çəkən Avropanın ən böyük qapalı yəhudi ərazisi idi.

1941-ci ilin martında, on minlərlə yəhudi bu ərazidə maksimum həddə çatıb. İnsanlar yemək və dərman ala bilmədiyindən aclıqdan və xəstəlikdən ölürdü.

Əvvəlki məqalə

İsrail XİN rəhbərinin Azərbaycana səfəri başa çatıb

Sonrakı məqalə

ABŞ İrana yardım edən şirkətlərə sanksiyalar tətbiq edib