“İsrail, Türkiyə və İsveçrə bu məsələnin üzərində işləyir” –Zelenski

“İsrail, Türkiyə və İsveçrə Mariupol müdafiəçilərini mühasirədə olan “Azovstal” zavodundan azad etmək üçün çalışırlar”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. “Biz dayanmamalıyıq, hər bir insan üçün mübarizə aparmalıyıq. Mülki insanları zavoddan çıxardıq. İndi yaralılar və sağ qalanlar məsələsi var. Düzünü desəm, ölənləri orada buraxmaq istəmirik, çünki ailələri onları gözləyir… Biz Rusiyaya məlumat ötürdük. Biz hətta üçüncü ölkəni cəlb etmək mexanizmindən də istifadə etmişik. Bu gün həm İsrail, həm Türkiyə, həm də İsveçrə bunun üzərində işləyir”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna Mariupolun yaralı müdafiəçilərini rus məhbuslarla dəyişməyə hazırdır: “Digər ölkələrin liderləri ilə danışıqlarda Rusiya prezidenti Vladimir Putinin qarşısında bu məsələni qaldırmalarını istəyirik”.

Azpost.info

Əvvəlki məqalə

TƏBİB-in idarəetmə sahəsində səlahiyyətləri ləğv olunub

Sonrakı məqalə

Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxdı