İsraildə QAT-ın nümayəndəliyi yaradılıb

16 Dekabr 2019 - 15:17

İsraildə Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndəliyi yaradılıb.

Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 22 nəfərin iştirak etdiyi təsis yığıncağında Qarabağ döyüşçüsü German Hüseynov nümayəndəliyin rəhbəri seçilib.

Xatırladaq ki, QAT-ın İsraillə yanaşı, Türkiyə, Rusiya, İran, Gürcüstan və Avropanın bəzi ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir.